Azeri yazar Ahmet Hakan'ı yazdı
Gündelik Telegraf yazarı Taleh Şahsuvarlı Hürriyet gazetesi yazarı Ahmet Hakan'ı köşesine taşıdı.
Hürriyet gazetesi yazarı Ahmet Hakan'ı anlatan Azeri yazar Taleh Şahsuvarlı ,(İdealistlər dönük olmurlar...) başlığını kullandı.
Magazin dünyasının da Hakan'ı yakından takip ettiğini kaydeden yazar, 'döneklik' tartışmasıyla ilgili de satırlar kaleme aldı.
İşte o yazı
Universitetdə oxuyarkən hekayələr yazarmış. Oxumamışam. O üzdən necə ədib olduğunu söyləyə bilməyəcəm.
QAZETÇİ KEŞF ETMİŞEM
İmzasına "Hürriyet"dən rast gəlmişəm. "Rast gəlmişəm" demək böyük, çox böyük çıxır. Oxuduğum ilk yazısından öyrənəcəyim, örnək götürəcəyim bir insan, qəzetçi kəşf etmişəm.
Ahmet Hakan... Ahmet Hakan Çoşkun... (1967, Yozqat)
Mənə görə, hələlik Ərtuğrul Özkök çapında yazar deyil, amma özünəməxsus jurnalist texnologiyaları var ki, ondan daha üstündür. Sırf jurnalist texnologiyaları baxımından olduqca kreativdir, durnanı gözündən vuracaq qədər sərrastdır, heyranlıqla oxumamaq mümkünsüzdür.
Hər mövzunu yeni fəndlə işləmək onun zövqüdür, başqa söz tapmaq qolay deyil. Bu zövqü ilə Ahmet Hakan başqa sual da doğurur.
KÖŞE YAZARI NECE YAZMALIDIR
Köşə yazarı kimdir, necə yazmalı, necə oxutdurmalıdır?
Harold Bloom köşə yazarı deyil, ədəbiyyat tənqidçisidir, bu sahənin yaşayan korifeylərindəndir.
Onun ədəbiyyat haqqında dediyi yaxşı bir söz var. Sitat gətirməzdən öncə deyim ki, jurnalistikanın birinci görəvi xəbərçilik, əsas prinsipi tərəfsizlikdir. Köşə yazarları da məhz o zaman və onun üçün meydana çıxdı ki, gündəmin xəbərlərinə tərəfsiz baxış sərgiləmək zərurəti yarandı. Ahmet Hakanı həftəboyu oxuduqca köşə yazarlığına orijinal bir tərif vermək keçir ürəyimdən:
AHMET HAKAN/ KÖŞƏ YAZARI gündəmdəki informasiyalara tərəfsiz yanaşmaları ilə oxucunun TƏSƏVVÜRÜNÜ GENİŞLƏNDİRƏN ADAMDIR.
Harold Bloom da eyni təyinati ədibə verirdi, gerçək ədəbiyyatın oxucunun məişət, sosial, siyasi problemlərini deyil, təsəvvürünü genişləndirəcək vasitə olduğunu söyləyirdi.
İYİ Kİ TÜRK MİLLETİNİN SİZİN GİBİ TEREFSİZ YAZARLARI VAR
Buradan- Azərbaycandan səslənirəm, Ahmet Hakan, iyi ki türk millətinin Sizin kimi professionalları, düşünürləri, düşüncəmizi genişləndirən tərəfsiz adamları var. Bu sözlərimin altından qırmızı xətt çəkmək istəyirəm. Ona görə ki, Azərbaycan kimi Türkiyədə də tərəfsiz, gerçəkçi, gələcəyə işıq tutan yazar olmaq, Avropa beyin magistralına qələmin ucunda çıraq yandırmaq çox çətin, hamının sayğı ilə, dözümlə, ümidlə, inamla qarşılamayacağı işdir. Əvət, Türkiyə mediası bütün parametrlər üzrə Azərbaycandan çox-çox öndədir. Amma Türkiyədə AKP iqtidarının basını öz inhisarına keçirməsi, toplumu qütbləşdirməsi bir yana, tərəfsiz, gələcəyə hesablanmış qələmləri sındırmaq istəyən başqa güclər də az deyil, hətta çoxdur.
Belə bir ortamda Ahmet Hakanın guya əsgərlikdən yayınmaq üçün dalağını kəsdirdiyi haqqında səfeh iddialar dolaşması da təbiidir. Bu günlərdə Ahmet Hakanın özəl həyatından bir fotoqraf yayınlandı. Ustad yazarın idman spikeri Neşe Sapmazla bir masa arxasına oturduğu xəbərə çevrildi. Olsun... O foto ilğımı çəkmədimi? Çəkdi...
ZÖVQLER DARTIŞILMAZ
Bu qədər böyük düşüncəli və incə ruhlu bir erkəyin qadın zövqündən də hali olmaq insan olaraq marağımızdadır. Zövqlər dartışılmadığına görə, əlavə heç bir söz deməyəcəm, toy-düyün adamlarının damadla gəlinin bir-birinə yaraşması kimi mövzularından hər zaman uzaq olmuşam. Məni maraqlandıran əsas məsələ başqadır.
Ahmet Hakanın qafasımı, düşüncəsimi önəmli, yoxsa sağlıq durumu, şəxsi həyatımı?
Əvət, onun yazdıqları önəmli, çünki yazmaq- bütün hallarda dünyanı, düzəni dəyişmək cəhdidir. Hətta orta əsrlərin şah, kral, sultan məddahları da öz yazdıqları ilə düzəni dəyişməyə səy göstərmiş, o ki qala Ahmet Hakan kimi məsləkinin ilkələrinə inanmış adam ola...
Bir dəfə Bakıda Türkiyə siyasətini guya "dərindən bilən" bir xanımdan soruşdum: "Liberal Düşüncə Dərnəyinin başqanı Atilla Yayla kimdir?"
Xanım eynən belə cavab verdi: "Qoy, rədd olsun, solçudur". Abrıma qısılıb, "liberallar nə zamandan solçu olmuş" sualını həmin "bilgili" şəxsə ünvanlamadım. Sadəcə, gülümsündüm.
ÖZKÖK VE HAKAN'IN YAZILARINI MARAQLA OXUDUM
Təxminən bir il əvvəl Ərtuğrul Özkök və Ahmet Hakanın yazılarını maraqla oxuduğumu söyləyib ondan yenə rəy almaq istədim. Ahmet Hakan haqqında eynən belə dedi: "Qoy, rədd olsun, dönükdür". Yenə, sadəcə, gülümsündüm.
Babasının müfti olmasından dolayı Anadolunun neçə-neçə elini dolaşmış, hər eldən bir ağız götürmüş Ahmet. İmam Xətib Liseyində təhsil almış, Uludağ Universitetinin ilahiyyat fakültəsinə girmiş. 1993-94-cü illərdə Azərbaycanda da çox baxılan TGRT-də çalışmış, Kanal-7-də xəbər spikeri (1995-dən) olmuş və oranı 2003-də tərk etmiş.
"Yeni Şəfəq"də, "Sabah"da köşə yazdı, amma onu "Ahmet Hakan" brendinə "Hürriyet", yəni Ertuğrul Özkökün mühiti çevirdi. Hazırda "CNN türk"də "Tarafsız bölge" proqramını sunur.
Bəs, hər dəfə Ahmet Hakanı "dönək"liyi ilə bağlı suallar qarşısında qoyan önyarğı haradan qaynaqlanır?
DÖNÜK DEĞİL ÖZLERİNİ REFRESH EDİR
Onun keçmişdə dindar, Refah Parti simpatizanı olması, hətta Nəcməddin Ərbakanın qızını sevməsi bu cür qəlib yanaşmalara qurğuşun olur. O isə, Ahmet Hakan bir idealistdir.
İdealistlər isə dönük olmurlar, sadəcə, özlərini REFRESH edə bilirlər.